May
2021
12:04
408
14
7590
Virtual karabakh

Şuşadakı tarixi abidələrin qarşısına löhvələr quraşdırılır - ÖZƏL + FOTO

1 May, 2021
12:04
7590

Şuşadakı tarixi abidələrin qarşısına löhvələr quraşdırılır - ÖZƏL + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşadakı tarixi abidələrin qarşısına məlumatlandırıcı lövhələr quraşdırılır. 

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, lövhələrin quraşdırılması işləri Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

Lövhələrin qoyulduğu tarixi tikililər sırasında 19-cu əsrə aid xəstəxana binası, 18-ci əsrə məxsus Əsəd bəyin evi, bulaq abidəsi, 19-cu əsrə aid Üzeyir Hacıbəyovun ev muzeyi, 18-ci əsrə məxsus Xurşidbanu Natəvanın evi, 18-ci əsrə aid Aşağı Gövhər Ağa Məscidi də var.

Bundan başqa, Şuşada yerləşən Şəhidlər Xiyabanının girişinə də lövhə quraşdırılıb. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri