May
2021
13:40
240
92
4702
Virtual karabakh

AzTV arxivləri açacaq: Mir Cəlalın nadir fotoları və digər maraqlı materiallar təqdim olunacaq – VİDEO

2 May, 2021
13:40
4702

AzTV arxivləri açacaq: Mir Cəlalın nadir fotoları və digər maraqlı materiallar təqdim olunacaq – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Televiziyasında yayımlanan, geniş tamaşaçı kütləsinin marağını çəkmiş “Yüz ilin adamları” layihəsinin budəfəki buraxılışı görkəmli yazıçı Mir Cəlal Paşayevə həsr olunub.

Bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, layihə komandası Mir Cəlalın həyat və yaradıcılığını araşdırıb, onunla bağlı bilinməyən faktları ortaya çıxarıb.

Verilişdə ədibin heç yerdə görmədiyiniz fotoları, həyat və yaradıcılığı ilə bağlı eşitmədiyiniz məqamlar, arxiv materiallar nümayiş olunacaq.

Tarın qadağa olunduğu vaxtlarda Mir Cəlal milli kimliyinə sevgisini gizlətməyib, hətta bu musiqi aləti ilə foto da çəkdirib.

Bu və bunun kimi kadrlara bu gün - 2 may saat 22:00-da AzTV-də yayımlanacaq “Yüz ilin adamları”nda baxa bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri