10 
May
2021
15:52
397
21
3836
Virtual karabakh

Quba şəhərində Azərbaycan-Türkiyə Qardaşlıq Parkı istifadəyə verildi

10 May, 2021
15:52
3836

Quba şəhərində Azərbaycan-Türkiyə Qardaşlıq Parkı istifadəyə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 10-da Quba şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan-Türkiyə Qardaşlıq Parkı istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Quba şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Parkın açılış mərasimində Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Milli Məclisin deputatları Əhliman Əmiraslanov və Qənirə Paşayeva çıxış edərək ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb.

Yeni istirahət parkının eni 24, uzunluğu isə 60 metrdir. Parkda rəmzi olaraq iki qardaş ölkənin bayraqlarındakı ulduz və ayparalar təsvir edilib. Əliqulu Nərimanov küçəsində tikilən istirahət məkanının layihələndirilməsinə Azərbaycan və Türkiyədən mütəxəssislər cəlb olunub. Azərbaycan və Türkiyənin bayraqlarının dalğalandığı parkda sakinlərin asudə vaxtının səmərəli təşkili üçün lazımi şərait yaradılıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri