17 
May
2021
10:24
280
56
7628
Virtual karabakh

Əlixan Rəcəbovun yeni filminin premyerası “KINOPOİSK”də – FOTO

17 May, 2021
10:24
7628

Əlixan Rəcəbovun yeni filminin premyerası “KINOPOİSK”də – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur ssenari müəllifi, artist və rejissor Əlixan Rəcəbov “Faberge” qısametrajlı kriminal komediya üzərində fəal işləyir.

Əlixan özü ideya müəllifi, ssenari müəllifi, rejissor və əsas rollardan birinin ifaçısıdır, özünün bu mövzuda zarafat etməyi sevdiyi kimi “özü özünün rejissorudur”. Əlixanla yanaşı yeni filmdə komediya superulduzları - Elcan Rəsulov və Nicad Rəhimov, istedadlı aktyorlar Azər Aydəmir, Cavidan Novruz, Fuad İskəndər və Cavid Nəsrullah da yer alıb.

“Başlığında artıq bəzi işarələr var və xüsusən premyeraya az vaxt qaldığına görə bütün sirləri vaxtından əvvəl açmaq, orada baş verənlər barədə danışmaq istəmirəm, - may ayının sonunda, maksimum - iyun ayında tamaşaçılar özləri bunu öyrənəcəklər”, - deyə Əlixan yeni işi barədə danışıb.

Əlixanın yeni filminin premyerasının “YouTube” platforması əvəzinə, eksklüziv olaraq populyar “KINOPOİSK” kino saytında görünməsi diqqət çəkir.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri