21 
May
2021
09:30
74
13
4615
Virtual karabakh

Dünyaca məşhur ulduzun qəzalı vəziyyətdə olan evi satışa çıxarılıb - FOTO

21 May, 2021
09:30
4615

Dünyaca məşhur ulduzun qəzalı vəziyyətdə olan evi satışa çıxarılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın tanınmış musiqiçilərindən biri, bəstəkar, “Nirvana” qrupunun mərhum lideri Kurt Kobeynin Los-Ancelesdəki keçmiş evi satışa çıxarılıb.

Bu barədə “New York Post” xəbər yayıb.

Məlumata görə, qəzalı bina bir neçə yüz min dollara satılır.

Rieltorlar daşınmaz əmlak üçün 998 min dollar istəyib (1,7 milyon manata yaxın).

Sahəsi 228 kvadrat metrdən çox olan bina 1921-ci ildə inşa edilib. Zamanla qəzalı vəziyyətə düşən bina hazırda təmir olunur.

O da bildirilir ki, Kobeyn sevgilisi, amerikalı aktrisa Kortni Lav ilə burada yaşayıb. Musiqiçinin qrupun üçüncü və son albomu olan “In Utero”nun çox hissəsini burada yazdığı bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri