21 
May
2021
18:40
486
32
3689
Virtual karabakh

Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır

21 May, 2021
18:40
3689

Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılır.

“Report” xəbər verir ki, bu “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsində öz əksini tapıb.

Qoruq xüsusi nümayəndəliyin nəzdində yaradılacaq publik hüquqi şəxs tərəfindən idarə edilməsi nəzərdə tutulur.

Həmçinin Qoruğun maliyyələşdirilməsi üçün fiziki və hüquqi şəxslərdən dəstək məqsədilə xüsusi fondun yaradılması nəzərdə tutulur. Qoruğa əlavə dəstək məqsədilə vergi və digər məcburi ödənişlərdən mümkün maliyyələşmə üçün zəmin yaradılır.

Qoruqda hüquq-mühafizə və məhkəmə orqanları istisna olmaqla digər orqanların öz xidmətlərini üç inzibati binadan (ASAN, DOST və KOB evləri) və ya yalnız elektron qaydada göstərməsi nəzərdə tutulur.

Layihə mayın 24-də parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri