24 
May
2021
19:45
210
38
4661
Virtual karabakh

Azərbaycan rəssamları Naxçıvana toplaşdı, xaricilər isə onlayn qoşuldu - FOTO

24 May, 2021
19:45
4661

Azərbaycan rəssamları Naxçıvana toplaşdı, xaricilər isə onlayn qoşuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı start götürüb.

Oxu.Az-ın məlumatına görə, festivalın açılış mərasimi bu gün Əcəmi parkında keçirilib.

Daha sonra tədbirin yaradıcılıq hissəsi başlayıb. Tədbirin təşkilatçısı olan Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, festivalın Ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunduğunu bildiridi.

Hər il keçirilən beynəlxalq forum bu dəfə 50-yə qədər rəssamı cəlb edib. 3 gün ərzində iştirakçılarla maraqlı yaradıcılıq tədbirləri keçiriləcək, Heydər Əliyev muzeyi, “Əshabu-Kəhf” kompleksi, Duzdağ mağarası və digər tarixi-mədəniyyət yerləri ziyarət olunacaq.

Yerli rəssamlarla yanaşı festivalda Türkiyə, Rusiya, İran, Özbəkistan, Türkmənistan, Kosovo, Misirdən olan sənət ustaları da iştirak edir. Lakin pandemiya və tətbiq olunan karantin məhdudiyyətləri səbəbindən onlar tədbirə onlayn qatılaraq rəsmlərinin fotolarını göndəriblər. Rəsmlərin əsli isə müəllifləri ilə birlikdə gələn il VI festival zamanı Azərbaycana gələcək.

Qeyd edək ki, festivalın təşkilində Naxçıvan Ali Məclisinin yanında Bilik Fondu böyük dəstək göstərib.

Namiq Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri