25 
May
2021
14:57
87
199
8486
Virtual karabakh

“Mişar” filminin gəliri 1 milyard dolları keçdi - FOTO

25 May, 2021
14:57
8486

“Mişar” filminin gəliri 1 milyard dolları keçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Film tarixinin ən məşhur dəhşət filmlərindən olan “Saw” (“Mişar”) franşizasının qazancı 1 milyard dolları (1,7 milyard manat) keçib.

“Variety” portalının məlumatına görə, bu nəticə serialın son hissəsinin kinoteatrlarda nümayişlərindən sonra əldə edilib.

Bildirilir ki, Darren Linn Bousmanın filmi həftə sonu ABŞ-da 4,5 milyon (7,6 milyon manat), xaricdə isə 2,67 milyon (4,53 milyon manat) gəlir əldə edib. Doqquz filmin hamısının isə ümumi qazancı 1,079 milyard dollar təşkil edib.

Bu, “Saw” səviyyəsindəki filmlər üçün böyük nailiyyətdir. Fərqli illərdə çəkilən hər film üçün büdcə 1-20 milyon dollar (1,7- 34 milyon manat) olub.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri