28 
May
2021
01:05
115
28
4119
Virtual karabakh

Küçə rəssamı Vatikanı məhkəməyə verdi - FOTO

28 May, 2021
01:05
4119

Küçə rəssamı Vatikanı məhkəməyə verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Küçə rəssamı Alessia Babrou rəsm əsərini icazəsiz marka üzərində təsvir etdiyi üçün Vatikanın əsas poçt şöbəsini məhkəməyə verib. 

Bu barədə “Associated Press” xəbər yayıb.

Məlumata görə, rəssam 2019-cu ildə Vatikan yaxınlığındakı bir körpüdə İsa Məsihin təsvirini çəkib və əsəri öz inisialı ilə imzalayıb.

Bir il sonra qadın rəsminin Pasxa poçt markalarında istifadə olunduğunu görüb. Hər birinin dəyəri 1,15 avro olan marka 80 min tirajla çap edilib.

Rəssam heç kimin ondan buna görə icazə istəmədiyini və beləliklə də müəllif hüquqlarının pozulduğunu bildirib. Buna görə o, 130 min avro təzminat  tələb edir.

Alessia Babrou həmçinin şikayətinin Katolik Kilsəsinə hücum olmadığını, sadəcə müəllif hüquqlarını qorumağa çalışdığını vurğulayıb.

Müəllif hüququ üzrə mütəxəssis Massimo Sterpi qeyd edib ki, ABŞ-ın və Avropanın əksər ölkələrində küçə sənətçilərinin müəllif hüquqları (əsər icazəsiz və ya özəl ərazidə yaradılsa belə) qanunla qorunur.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri