İyn
2021
12:09
24
308
9229
Virtual karabakh

Əhməd Cavadın yararsız vəziyyətdə olan ata yurdu ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB + FOTO/VİDEO

1 İyn, 2021
12:09
9229

Əhməd Cavadın yararsız vəziyyətdə olan ata yurdu ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın ata yurdunun yararsız vəziyyətdə olması ilə bağlı məsələyə münasibət bildirib. 

Qurumdan Oxu.Az-a bildirilib ki, Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əhməd Cavadın Ev-Muzeyi fəaliyyət göstərmir.

“Həmçinin, kütləvi informasiya vasitələrində və sosial mediada yer alan görüntülərdə Əhməd Cavada məxsus olduğu iddia edilən obyekt Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq olunmuş dövlət mühafizəsində olan tarix-memarlıq abidələrinin siyahısında yer almayıb”, - məlumat qeyd edilib.

09:24

Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın ata yurdu yararsız haldadır. 

Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Şairin Şəmkir rayonu Seyfəli kəndindəki doğulduğu ev məhv olmaq üzrədir. 

Həmin görüntüləri təqdim edirik:

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri