11 
İyn
2021
17:48
76
33
3456
Virtual karabakh

Sərgilər mövsümü davam edir: Bir neçə sərgi eyni məkanda cəmləndi – FOTO

11 İyn, 2021
17:48
3456

Sərgilər mövsümü davam edir: Bir neçə sərgi eyni məkanda cəmləndi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda sərgi və istirahət məkanı kimi tanınan Bayıl dənizkənarı zonası (Dənizkənarı Bulvarın axırında, Bayraq Meydanının yaxınlığında) sakinlər və şəhərin qonaqları üçün bir neçə yeni ekspozisiyalar təqdim edir.

İlk növbədə NARGIS Nəşriyyat evinin hazırladığı “Reduce, Reuse, Recycle, Respect” sərgisini qeyd etmək lazımdır.

15 instalyasiyadan ibarət sərginin əsas mövzusu ətraf mühitlə ünsiyyət, təbiətə sayğı ilə yanaşma olub. Bütün sənət əsərləri qeyri peşəkarlar tərəfindən təkrar emala yararlı tullantı materiallardan hazırlanıb. Məsələn Bakı Avropa Liseyinin şagirdləri düymə, qayçı, muncuq və digər əşyalardan böyük alman alimi Eynşteynin portretini yaradıblar.

Açıq havada olan bu sərgi avqustun 1-nə kimi davam edəcək.

Digər sərgi isə yaxınlıqda yerləşən YARAT Müasir İncəsənət Mərkəzində qonaqların üzünə açıldı. Burada Rəşad Ələkbərovun "Sən özünsən!" adlı fərdi sərgisi işıq üzü gördü.

Sərgi müəllifin tamaşaçı ilə səssiz, lakin düşünməyə vadar edən bir dialoqudur. Labirint şəklində düzülən instalyasiyalar insan həyatını, onun qarşısına çıxan sualları, ikimənalı fikirləri, çətin seçimləri qabarır. Müəllif sanki bizi ilə alleqoriya və metafora dilində danışır.

Rəşad Ələkbərovun bildirdiyinə görə, sərgi pandemiya dövrünə həsr olunub və insanın tənhalığına, çətin sınaqlar qarşısında durduğuna işarədir.

Sərgi 30 dekabr tarixinədək geniş kütlə üçün açıqdır.

Üçüncü sərgi isə “Daş salnamə” muzeyində açıldı. Ümumdünya Ətraf Mühit Gününə həsr olunan “Dayanıqlı moda: tekstilin gələcəyi” adlı sərginin təşkilatçıları İsveç Krallığının Azərbaycandakı səfirliyi və “Azərxalça” olub.

Sərginin açılışında qeyd olunduğu kimi moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən sahələrdəndir: hər il dünyada 42 milyon ton geyim atılır. Yerli və xarici sənətkarlar bu problemi öz instalyasiyalarında müxtəlif üsullarla qabardıblar.

Məsələn tanınmış rəssam Günel Ravilova “İntizar” adlı video-hekayəsində modanın kökündə dayanan gözəllik, tənhalıq, gender, şəxsiyyət mövzularına nəzər salır.   

Sərgi 9 iyul tarixinə kimi fəaliyyət göstərəcək.

Yuxarıda adıçəkilən sərgilərə giriş müəyyən karantin qaydalarına riayət etməklə pulsuzdur.

Namiq Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri