11 
İyn
2021
19:27
225
37
4713
Virtual karabakh

Anar Kərimov: “Vətən Müharibəsi zamanı qərəzli bəyanatlar verən UNESCO öz səhvini başa düşdü”

11 İyn, 2021
19:27
4713

Anar Kərimov: “Vətən Müharibəsi zamanı qərəzli bəyanatlar verən UNESCO öz səhvini başa düşdü”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsindən sonra UNESCO-nun Azərbaycana qarşı qərəzli bəyanatlarını gördük. 

Oxu.Az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, ancaq onlar öz səhvlərini başa düşdülər və hal-hazırda daha konstruktiv mövqedən çıxış edirlər:

“Biz onlardan bu konstruktivliyi, ədalətli mövqeyi gözləyirik. Biz onlardan beynəlxalq hüquqa əsaslanan mövqe gözləyirik. Bu neçə il ərzində biz UNESCO-nun ozamankı işğal olunmuş ərazilərimizdə monitorinq missiyası keçirmələrini gözlədik. Əfsuslar olsun, heç bir nəticə əldə etmədik. Onların vətən müharibəsindən sonra verdiyi bəyanatlar bizi qane etmədi. Lakin bizim sərt mövqeyimizdən sonra artıq onlar başa düşdülər ki, bizimlə şantaj dilində danışmaq mümkün deyil, çünki biz başqa Azərbaycanıq.

İndi biz UNESCO-nun mövqeyində konstruktiv yanaşmaları müşahidə edirik. UNESCO-nun Azərbaycana texniki missiyasının başlanması gözlənilir. Bu danışıqlar heç də asan keçmir, ancaq biz mövqelərimizdən dönmürük. Məqsədimiz də ondan ibarətdir ki, UNESCO nümayəndələri gəlib Qarabağda erməni cinayətlərinin, vandallıqlarının şahidi olsun”

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri