15 
İyn
2021
08:50
149
15
7321
Virtual karabakh

“İndiana Cons”dakı roluna görə aktyorun elədikləri hər kəsi heyrətləndirdi - FOTO

15 İyn, 2021
08:50
7321

“İndiana Cons”dakı roluna görə aktyorun elədikləri hər kəsi heyrətləndirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor Harrison Ford iradəsi və idman rejimi ilə pərəstişkarlarını təəccübləndirib.

“The Mirror”un məlumatına görə, “İndiana Consun sərgüzəştləri”nin beşinci hissəsinin çəkilişlərində formada olmaq üçün o, hər gün 64,5 kilometr velosiped sürür. 78 yaşlı aktyor  tək bununla kifayətlənmir, hər gün piyada gəzir. Çəkiliş meydançasında 11 saatını keçirən Fordun gün ərzində cəmi altı saat yatdığı vurğulanır.

“Bu inanılmazdır. Görünür çox sərt bir qrafikə sahibdir. Onun fəaliyyəti ilə saatınızı qura da bilərsiniz - hər gün eyni anda eyni şeyi edir. Onun rejimi ciddi şəkildə tənzimlənir: oyanma, nahar, uzun velosiped gəzintisi və sonra axşam saat altıdan çəkiliş meydançası. Təxminən səhər saat beşdə otelə qayıdır” - nəşrin mənbəyi bildirib.

Aktyorun əla formada olmasına baxmayaraq, çəkilişdə gənc kaskadyor da işləyir. Deyilənlərə görə, filmin ssenarisinə görə İndiana Cons gənclik bulağı tapacaq - burada gənc kaskadyora ehtiyac var.

“Harrisonun əsas qaydası çəkilişdə istədiyi süjet xəttini dəyişdirə bilməsidir. Bu şounun ulduzu odur və ssenarinin doğru olması çox vacibdi”, - deyə o, bildirib.

Harrison Fordun yenidən İndiana Cons rolunu oynaması barədə 2020-ci ilin fevralında məlum oldu.  Qeyd edək ki, arxeoloq İndiana Consun sərgüzəştlərindən bəhs edən ilk film 1981-ci ildə ekranlara çıxıb və kino tarixindəki ən yüksək gəlir gətirən filmlərdən biri sayılır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri