24 
İyn
2021
17:08
22
435
9504
Virtual karabakh

Arif Quliyevin məzardaşı niyə hazırlanmır? - Nazirlikdən AÇIQLAMA

24 İyn, 2021
17:08
9504

Arif Quliyevin məzardaşı niyə hazırlanmır? - Nazirlikdən AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum Xalq artisti Arif Quliyevin məzardaşının hazırlanması üçün maddi imkanı olmayan ailəsi Mədəniyyət Nazirliyindən dəstək gözləsə də, bu, mümkün olmayacaq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb.

Qeyd edək ki, mətbuatda aktyorun ailəsinin maddi imkansızlığa görə Arif Quliyevin məzardaşını hazırlaya bilmədikləri və bunun üçün Mədəniyyət Nazirliyindən dəstək gözlədikləri ilə bağlı xəbərlər yayılsa da, daha sonra oğlu Rövşən Quliyev açıqlama verərək yayılan xəbərləri təkzib etmişdi.

Xatırladaq ki, Xalq artisti Arif Quliyev Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Ölümündən 40 gün keçməsinə baxmayaraq, aktyorun məzardaşı hələ də hazırlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri