28 
İyn
2021
19:53
59
170
7514
Virtual karabakh

Məşhur aparıcı maskalı insanlardan qorxduğunu etiraf etdi - FOTO

28 İyn, 2021
19:53
7514

Məşhur aparıcı maskalı insanlardan qorxduğunu etiraf etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı televiziya aparıcısı Keti Payper maskalı insanları görəndə panikaya düşdüyünü etiraf edib. O, bu qorxusunu 13 il əvvəl cinayətkarın ona hücum edərək üzərinə sulfat turşusu atması ilə izah edib.

Bu barədə “The Mirror” xəbər verib.

37 yaşlı televiziya ulduzu bəzən ona qorxulu gələn insanlara qarşı ayrı-seçkilik etdiyini deyib.

“İnsanların kiçik gözlərindən başqa hər yeri örtülü halda mənə yaxınlaşanda içimdəki hər şey sanki sıxılır və mən panika keçirdirəm”, - deyə Payper psixoloji narahatlığını bölüşüb.

Qeyd edək ki, 2008-ci ildə Payperin keçmiş sevgilisi bir nəfər tutaraq qızın üzünə sulfat turşusunu atmasını təşkil edib.

Həkimlər əməliyyat üçün zərərçəkəni 12 gün ərzində süni komaya salaraq, üzünə dəri transplatasiyası həyata keçiriçlər. Həmin gündən bəri məşhur aparıcı yanıq və korluğu müalicə etmək üçün 400-dən çox əməliyyat keçirdib.

Hazırda Payper televiziyada fəaliyyətini davam etdirir. O, 2015-ci ildə evlənib, bir qızı var.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri