10 
Avq
2021
01:14
106
13
5103
Virtual karabakh

Britaniyada məşhur Benksinin yeni əsərləri peyda olub: Hökümət hərəkətə keçdi - FOTO

10 Avq, 2021
01:14
5103

Britaniyada məşhur Benksinin yeni əsərləri peyda olub: Hökümət hərəkətə keçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada çox güman ki, anonim rəssam Benksiyə aid olan yeni qraffiti görünüb. Loustoft hökuməti onun işinin bir hissəsinin əks olunduğu büzməli dəmirin bir hissəsini götürüblər.

Bu barədə “Daily Mail” xəbər verib.

Qraffitidə batmaq üzrə olan qayıqda oturan üç uşaq təsvir edilib. Onların aralarında “We're all in the same boat” (“Hamımız eyni gəmidəyik”) sözləri yazılıb.

Əsərin müəllifinin Benksi olduğu güman edilir. Ancaq sənətçi bu fərziyyələri nə “Instagram”da, nə rəsmi internet saytında, nə də başqa şəkildə təsdiqləməyib.

Qraffiti Nikolas Everitt Parkında göründükdən bir gün sonra, yerli hakimiyyət orqanları metal qayığın bir hissəsini çıxardıblar. Şəhər rəhbərliyindən verilən məlumata görə, ərazidə güclü yağış yağacağı gözlənilir, struktur isə yağış suları axınının qarşısını kəsir. Ancaq hava yaxşılaşanda qayığın bərpa ediləcəyi vədi verilib.

Benksinin olduğu ehtimal edilən daha bir qrafiti isə Loustoftda elektrik avadanlıqları mağazasının yaxınlığında görünüb. Qraffitidə divarın yanında toplanan real qumdan nəsə düzəltməyə çalışan uşaq təsvir edilib.

Benksi pərəstişkarları ondan bu əsərlərin müəllifliyini təsdiqləməsini gözləyirlər.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri