17 
Avq
2021
02:30
13
129
2404
yuxarı
Anonim rəssam Benksinin yeni əsərlərindən biri vandal tərəfindən korlandı - FOTO/VİDEO
17 Avq, 2021
02:30
2404
13
129
Anonim rəssam Benksinin yeni əsərlərindən biri vandal tərəfindən korlandı - FOTO/VİDEO
Britaniyalı anonim küçə rəssamı Benksinin yeni əsərlərindən biri korlanıb.
“Sky News” xəbər verir ki, bu, rəssamın əsərin müəllifliyini təsdiqləməsindən dərhal sonra baş verib.
Əsərdə əlində kokteyllə şezlongda uzanan xoşbəxt bir siçovul təsvir olunub.
Sənətçinin əsəri vandal tərəfindən ağ boya ilə boyanıb. Ancaq o, elə iş başında yaxalanıb və qraffitinin tamamilə məhvinin qarşısı alınıb.
Qeyd edək ki, Benksi ötən həftə Britaniyanın şərq sahilindəki kurort şəhərlərində ortaya çıxan siçovul qraffiti və digər 9 küçə sənəti əsərinin özünün olduğunu təsdiqləyib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək