24 
Avq
2021
16:04
348
22
4669
Virtual karabakh

Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulacağı tarix AÇIQLANDI

24 Avq, 2021
16:04
4669

Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulacağı tarix AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəli sabah “İçərişəhər” metrostansiyasının yaxınlığında qoyulacaq”.

Bunu Oxu.Az-a açıqlamasında Xalq rəssamı Xanlar Əhmədov bildirib. 

O qeyd edib ki, heykəlin açılışının nə zaman olacağı barədə heç bir məlumat yoxdur:

“Heykəlin açılışı bir həftəyə də ola bilər, bir aya da ola bilər. Hələlik bu barədə tam məlumat verilməyib”.

Qeyd edək ki, H. Z. Tağıyevin “İçərişəhər” metrostansiyasının yaxınlığında heykəlinin qoyulması üçün işlər görülür.

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edilib. Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib olub.

Ölkədə koronavirusla bağlı kütləvi tədbirlər ləğv olunduğu üçün heykəlin açılışı təxirə salınıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri