Sen
2021
19:25
29
395
8258
Virtual karabakh

Məşhur aktrisa vəfat etdi

1 Sen, 2021
19:25
8258

Məşhur aktrisa vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan-rus teatr və kino aktrisası Tamilla Ağamirova 93 yaşında vəfat edib.

Oxu.Az-ın məlumatına görə, sənətçi əri, SSRİ Xalq artisti Nikolay Sliçenkonun 2 iyul 2021-ci ildə vəfat etməsindən sonra iki ay ömür sürüb.

Bakıda dünyaya göz açan Ağamirova 1951-ci ildə Bakı Teatr İnstitutunu bitirib.

Aktrisa “Onun böyük ürəyi” filmində Səmayə, “Əsl dost”da Bilqeyis, “Koroğlu”da Alagöz, “Matteo Falkone”də Cüzeppa, “Zəncirlənmiş adam”da Fatma, “Yenilməz batalyon”da musiqi müəllimi obrazları ilə yadda qalıb.

O, Azərbaycan SSR əməkdar artisti (1960-cı il), RSFSR xalq artistidir (1988-ci il).

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri