9 
Sen
2021
21:48
216
17
1461
yuxarı
Xalq artisti Mobil Əhmədovun 90 illiyi münasibətilə film-konsert hazırlanıb
9 Sen, 2021
21:48
1461
216
17
Xalq artisti Mobil Əhmədovun 90 illiyi münasibətilə film-konsert hazırlanıb
Xalq artisti Mobil Əhmədovun xatirəsinə “Ustadımın yolu ilə” adlı film-konsert hazırlanıb.
Oxu.Az xəbər verir ki, film xalq artistinin anadan olmasının 90 illiyi münasibətilə tələbəsi Əməkdar artist Ramil Qasımovun ideyası əsasında təşkil olunub.
Qeyd edək ki, Mobil Əhmədov 1931-ci il sentyabrın 10-da Gəncə şəhərində anadan olub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub və görkəmli vokal ustası Bülbülün sinfində təhsil almağa başlayıb. Azərbaycan Dövlət Musiqili Teatrına dəvət olunub və burada işlədiyi təqribən 40 il ərzində 70-dən çox tamaşada müvəffəqiyyətlə çıxış edib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Mədəniyyət xəbərləri
20 
Apr
2024
11:08
49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - YENİLƏNİB
17
112
4616
18 
Apr
2024
13:54
“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni versiyası təqdim olundu - VİDEO
88
48
2567