11 
Sen
2021
17:40
590
28
9236
Virtual karabakh

Kamal Sunalın ailəsi məhkəməni qazandı - FOTO

11 Sen, 2021
17:40
9236

Kamal Sunalın ailəsi məhkəməni qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə kinosunun ustad aktyorlarından olan mərhum Kamal Sunalın ailəsi məhkəməyə verdikləri Sinan Çetinin “Platon Film” şirkətinə qarşı iddiada qalib gəlib. Məhkəmə Sunalın ailəsinə 307 502 lirə (təqribən 61 854 manat) təzminatın ödənilməsi barədə qərar verib.

Söhbət “Propaqanda” filminin müəllif hüquqlarından gedir.

Kamal Sunal 1999-cu ildə yayımlanan “Propaqanda” filminin baş rol ifaçısı olub. Mərhum aktyor “Platon Film” şirkəti ilə filmdəki rolu və hüquqlarının tənzimlənməsi üçün müqavilə imzalayıb. 

Məhkəmə mövzusu olan film dəfələrlə televiziya kanallarında nümayiş etdirilib, DVD və CD satışları aparılıb, milyonlarla lirə gəlir əldə edib. Lakin Kamal Sunal və onun varislərinə müqavilədə göstərilən heç bir ödəniş edilməyib.

Qeyd edək ki, oğlu Əli Sunal ilə birlikdə rol aldığı “Propaqanda” 2000-ci ildə dünyasını dəyişən Kamal Sunalın son filmi idi.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri