11 
Sen
2021
21:41
12
90
1464
Virtual karabakh

“IMPROVISED by INDUSTRY”: Sənaye obyektləri yaradıcı insanların prizmasında - FOTO

11 Sen, 2021
21:41
1464

“IMPROVISED by INDUSTRY”: Sənaye obyektləri yaradıcı insanların prizmasında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

16-cı Bakı Caz Festivalı çərçivəsində, “IMPROVISED by INDUSTRY” multimediya sərgisinin açılışı oldu.

Multimedia sərgi layihəsi Xətai Sənət Mərkəzinin dəstəyi ilə Birləşmiş Rəssamlar Klubunun (BRK) Müasir İncəsənət Mərkəzi tərəfindən təşkil edilib. Onun mənası keçmiş dövrlərə xas olan paradiqmaların və mənaların, elementlərin və quruluşların dəyişdiyini göstərməkdir ki, indi onlar tamamilə yeni mənalar əldə etmiş digər obyektlərə çevrilib.

Layihənin müəllifləri Bəhram Xəlilov, Könül Rəfiyeva və Rüstəm Hüseynovdur.

Sərgidə Rüstəm Hüseynovun konseptual apokaliptik perfomansı ilə başladı. Sonra tamaşaçılar qarşısında rəssam Bəhram Xəlilov yeni bir şəkil yaratdı - yağış səsini çəkdi. Səsin dəyişdirilməsinin sənət əsərinə necə təsir etdiyini nümayiş etdirdi.

Layihə çərçivəsində, Bakı layihəsinə paralel olaraq, İsveç paytaxtının küçələrində isveçli rəssamların “bodypainting”inin keçirildiyi Stokholm ilə canlı yayım baş tutdu. Rəssam Lyudmila Kristeseva İsveçdən onlayn, kurator Könül Rafiyeva isə Bakıda sərgi qonaqlarına bu layihə haqqında danışdılar.

Sərgi, yaddaşımızın bir hissəsi olan sənayemizin keçmişini təmsil edən və təmsil edə biləcək memarlıq dəyərləri ilə bağlı ictimai müzakirə ilə başa çatacaq. Müzakirədə iştirak edənlər, maddi və qeyri-maddi dəyərlərin qorunması ilə şəhər mühitinin mədəni irsinin dəyişdirilməsi mövzusuna, eləcə də şəhərin görünüşünə toxunmağa çalışacaqlar.

Sərginin bağlanışı və yekun tamaşa sentyabrın 18-də baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri