14 
Sen
2021
06:50
27
173
6850
Virtual karabakh

Merilin Monro yadplanetlilərə görə öldürülüb? - FOTO

14 Sen, 2021
06:50
6850

Merilin Monro yadplanetlilərə görə öldürülüb? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

XX əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlarından biri Merilin Monronun ölümü barədə yeni iddialar irəli sürülüb. Belə ki, amerikalı aktrisanın yadplanetlilər barədə məlumatlı olması səbəbilə öldürüldüyü bildirilib.

Müvafiq iddianı britaniyalı yazıçı Nik Redfernin “Diary of Secrets: UFO Conspiracies and the Mysterious Death of Marilyn Monroe” kitabında bildirib.

Redfer iddia edir ki, ABŞ-in o vaxtkı prezidenti Con Kennedi aktrisaya qəzaya uğramış UNO və ABŞ hərbi bazalarında saxlanılan qəribə cəsədlər haqqında gizli sənədlər göstərib. Bu isə aktrisanın həyatı bahasına başa gəlib.

Monronun ölümünün rəsmi versiyasına baxmayaraq (həddindən artıq narkotik) yazıçı əmindir ki, bu, yadplanetlilər haqqında məlumatların ictimaiyyətə sızmaması üçün MKİ agentləri tərəfindən hazırlanmış bir “maska” idi.

Qeyd edək ki, Merilin Monro 1962-ci ilin avqustun 5-də 36 yaşında vəfat edib. Aktrisanın ölümünün rəsmi səbəbi yuxu həbi olaraq təyin edilən barbituratların həddindən artıq dozası göstərilib. Lakin onun ölümünün qəza, qətl və ya intihar olub-olmadığı hələ də bəlli deyil. Tək o məlumdur ki, məşhur və nüfuzlu ulduzun kommunistlərin tərəfinə keçəcəyindən qorxan FTB onu 1955-ci ildən izləyib.

Mənbə: “The Sun”

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri