16 
Sen
2021
05:00
166
17
1388
Virtual karabakh

Sibirli uşaqların hazırladığı cizgi filmi Beynəlxalq Film Festivalında qalib gəlib

16 Sen, 2021
05:00
1388

Sibirli uşaqların hazırladığı cizgi filmi Beynəlxalq Film Festivalında qalib gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novosibirskli uşaqların iştirakı ilə çəkilən “Otkuda jizn poşla” ("Həyat haradan gəldi") cizgi filmi Estoniyada keçirilən “Görünməyən Kino” Beynəlxalq Film Festivalında qalib gəlib.

Cizgi filmi “Ən Yaxşı Uşaq Animasiya Filmi” nominasiyasında birinci yeri tutub. Layihədə rejissor Yelena Tixonovanın rəhbərliyi ilə 9-12 yaş arası uşaqlar çalışıblar. Cizgi filmi Sibirdə kiçik Kets xalqının dünyanın yaranması ilə bağlı əfsanələrinə əsaslanır.

Münsiflər heyəti filmdə qədim yazıları, folklor möcüzələri mövzusuna olan marağı və heyrətamiz təbiiliyi xatırladan rəsmləri yüksək qiymətləndiriblər. Bundan başqa, filmdə heç bir texniki səhv olmayıb.

Qeyd edək ki, 2001 -ci ildən keçirilən festivala bu il 54 ölkədən 408 layihə təqdim olunmuşdu.

Mənbə: Sib.FM

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri