18 
Sen
2021
16:36
160
25
1118
Virtual karabakh

Kolumbiyalı musiqiçi Hacıbəyli Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qalibi oldu - FOTO

18 Sen, 2021
16:36
1118

Kolumbiyalı musiqiçi Hacıbəyli Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qalibi oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvarında start götürən Hacıbəyli Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qalibləri müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Milli Musiqi və Qlobal Mədəniyyət cəmiyyəti (ABŞ) Amerika-Azərbaycan Musiqi Fondunun iştirakı, AR Dövlət Diasporla İş Komitəsinin və AR Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqə Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunub.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin sədrlik etdiyi münsiflər heyəti qalibləri müəyyənləşdirib:

Marius Diaz (Kolumbya) - 1-ci mükafat, 2000 dollar
Türkar Qasimzadə (Azərbaycan) - 2-ci mükafat, 1000 dollar
Mətyu Perrett (Böyük Britaniya) - 3-cü mükafat, 500 dollar.

Bundan əlavə, Qalımjan Sekeyev (Qazaxıstan), Parisa Sabet (Kanada), Bracha Bdil (Israel), Tahir Ibişov (Ukrayna/Azərbaycan), Örkün Tekelioğlu (Türkiyə), Zərrin Şükür (Azərbaycan), Aria Esmaeili Torkanbouri (Avstria) diplomlarla təltif olunublar.  

Müsabiqənin Qala konserti Ü.Hacıbəyli adına Beynəlxalq festival çərçivəsində keçiriləçək. Burada qalib olan əsərlərin premyerası baş tutacaq.

Müsabiqənin məqsədi Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığının plagiatdan qorunması, geniş təbliğ edilməsi, onun musiqinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.

Təşkilat Komitəsinin sədri - Dr. Professor, Azərbaycanın əməkdar artisti, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin (Nyu York) prezidenti Nərgiz Əliyarovadır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri