18 
Sen
2021
17:51
72
62
1023
Virtual karabakh

Avropalı multikultur dördlük Bakı səhnəsində - FOTO

18 Sen, 2021
17:51
1023

Avropalı multikultur dördlük Bakı səhnəsində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Baku Jazz Festival” çərçivəsində V4 orkestrinin konserti keçirilib.

Oxu.Az xəbər verir ki, orkestr Avropanın 4 ölkəsinin təmsilçilərindən ibarətdir - Macarıstan, Çexiya, Slovakiya və Polşa.

Bununla da orkestr qeyri-adi, rəngarəng, əsl Avropa dəyərinə çevrilir.

Konsertdən əvvəl Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi çıxış edərək iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərini qeyd etdi.

Daha sonra dördlük - Tamas Zsari (saksofon), Marian Sevcik (zərb alətləri), Kuba Stankiewicz (fortepiano), Jan Greifoner (kontrabas) - yaxşı əlaqələndirilmiş ifaları, orijinal improvizasiyaları və geniş konsert proqramı ilə Bakı tamaşaçılarını heyran qoyublar.

Bakı Caz Festivalı sentyabrın 18-də sona çatır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri