20 
Sen
2021
23:20
120
25
4027
Virtual karabakh

Məşhur rejissor mövsümün ən gözlənilən filmlərindən biri barədə danışdı - FOTO

20 Sen, 2021
23:20
4027

Məşhur rejissor mövsümün ən gözlənilən filmlərindən biri barədə danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu mövsümün ən çox gözlənilənləri siyahısında olan “Dune” filminin rejissoru Deni Vilnev film barədə və özünün gələcək planlarından danışıb.

Filmdə bəşəriyyətin gələcəyi olduqca qaranlıq göstərilib. Rejissorun fikrincə, apokalipsisin qarşısını almaq üçün insanlar ekstremal kapitalizmdən və təbii sərvətlərdən sui-istifadədən imtina etməlidirlər.

Vilnev “Dune 2” filminin çəkilmə ehtimalını da yüksək qiymətləndirib. Onun sözlərinə görə, Frank Herbert tərəfindən yazılmış birinci kitabın sonuna çatmaq arzusunda olub, buna görə də hekayəni qadığı yerdən davam etdirmək üçün səbirsizliklə gözləyir.

“Dune 2”dən sonra Vilnev daha bir genişmiqyaslı layihə hazırlayıb. O, Kleopatra və onun dövrü haqqında film çəkməyi planlaşdırır.

“Mən bunu çoxdan düşünmüşəm və həyata keçirməyin mümkün olacağı anı gözləmişəm. Ümid edirəm ki, tezliklə bu fürsəti əldə edə biləcəm”, - deyə rejissor sözlərini yekunlaşdırıb.

Mənbə: “İzvestiya”

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri