25 
Sen
2021
02:26
215
19
2076
Virtual karabakh

Deniel Kreyq üçün film gerçək oldu: Britaniyanın Kral Hərbi Dəniz Donanmasının fəxri komandiri seçildi - FOTO

25 Sen, 2021
02:26
2076

Deniel Kreyq üçün film gerçək oldu: Britaniyanın Kral Hərbi Dəniz Donanmasının fəxri komandiri seçildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı aktyor Deniel Kreyq Kral Hərbi Dəniz Donanmasının fəxri komandiri seçilib.

Bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin saytında məlumat verilib.

“Komandir Kreyqin fəxri zabit təyin edilməsi, onun Böyük Britaniya ordusuna olan şəxsi dəstəyini əks etdirir”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, Kreyqin beş filmdə canlandırdığı 007 agenti Ceyms Bond da eyni ada sahibdir.

“Fəxri Baş Komandir adına layiq görülməyim mənim üçün böyük fəxrdir” – deyə artist hisslərini bölüşüb.

Qeyd edək ki, oktyabrın 7-də 007 agenti barədə franşizanın “Ölmək vaxtı deyil” adlı yeni hissəsi yayımlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri