25 
Sen
2021
08:55
27
92
1745
Virtual karabakh

“Harry Potter”in ulduzu meydanda huşunu itirdi - FOTO/VİDEO

25 Sen, 2021
08:55
1745

“Harry Potter”in ulduzu meydanda huşunu itirdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha çox “Harry Potter” filmlərində “Drako Malfoy” rolu ilə tanınan britaniyalı aktyor Tom Felton ABŞ -ın Viskonsin ştatında keçirilən qolf turniri zamanı huşunu itirib.

Hadisə 43 -cü Rayder Kubokundan əvvəl baş verib. Aktyor avropalı məşhurlardan ibarət komandanın tərkibində yarışıb. Birgə şəkil çəkdirdikdən sonra 34 yaşlı Felton huşunu itirib və yerə yıxılıb.

Həkimlər sahəyə çatana qədər “Harry Potter” seriyasının ulduzu özünə gəlib və başqalarının köməyi ilə ayağa qalxa bilib. O, xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi barədə məlumat verilmir. Feltonun vəziyyəti hazırda məlum deyil.

Mənbə: “USA Today”

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri