24 
Sen
2021
16:12
123
85
2518
Virtual karabakh

Zaur Darabzadə: “İnanırıq ki, kinosevərlərin xeyrinə xoş xəbər veriləcək” - FOTO

24 Sen, 2021
16:12
2518

Zaur Darabzadə: “İnanırıq ki, kinosevərlərin xeyrinə xoş xəbər veriləcək” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Artıq 560 gündür ki, (19 ay) kinoteatrlar pandemiya ilə əlaqədar fəaliyyət göstərmir. Kinosevərlər “Cinema”ların açılacağı günü səbirsizliklə gözləyirlər. Mədəniyyət Nazirliyi bununla əlaqədar Operativ Qərargaha müraciət ünvanlayıb”.

Bu sözləri “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə özünün “Facebook” səhifəsində yazıb:

“Beynəlxalq təcrübəyə əsaslanaraq, fərqli yanaşma olmadığından, MDB ölkələri, Avropa, ABŞ, hətta Asiyada və bunun kökü olan pandemiyanın başladığı bir çox digər inkişaf etmiş ölkələrdə yoluxma sayı azaldıqdan sonra kinoteatrların açılma ehtimalı çoxalır.

Qonşu ölkə Rusiyada 15 iyul 2020-ci ildə, qardaş ölkə Türkiyədə isə kinoteatrlar artıq 1 iyul 2021-ci il tarixində açılıb.

Məsələ ondan ibarətdir ki, insanlar zala yalnız COVID-19 pasport ilə buraxıla bilər. Ticarət mərkəzlərinə vaksinlə daxil olurlarsa, oradan da “Cinema”ya vaksinlə getmiş olacaqlar.
Kinoteatrın aşağıdakı məhdudiyyətlərlə açılışını etmək olar:

- 50 % zalın doldurulması

- şahmatvari əyləşmək

- zallarda dezinfeksiyaedicilər

- seanslar arası havalandırma və dezinfeksiya işləri

“CinemaPlus” şəbəkəsinə 10 kinoteatr, 50+ ekran və 5000+ oturacaq daxildir.

Qeyd etmək istəyirəm ki, artıq dünyanın bir çox ölkələrində “Cinema”lar açılır. Bunun əsas səbəbi odur ki, noyabr-dekabr aylarında çox maraqlı dünya premyeraları gözlənilir. Bizdə də bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət olundu, nazirlik isə bununla bağlı Operativ Qərargaha müraciət edib.

Biz inanırıq ki, qısa zamanda bu müraciətə baxılıb, bizim və kinosevərlərin xeyrinə xoş xəbər veriləcək”.

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri