Okt
2021
18:12
200
20
3719
Virtual karabakh

Nicat Kazımov: “Düşünürəm ki, 1-2 aya özümüzə gələcəyik”

4 Okt, 2021
18:12
3719

Nicat Kazımov: “Düşünürəm ki, 1-2 aya özümüzə gələcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq iki ildir həyatımızın bütün sahələrinə daxil olan COVID-19 və onun yaratdığı pandemiya mədəniyyət sahəsinə də təsirsiz ötüşmədi, teatr-konsert müəssisələrinin qapılarını tamaşaçı üzünə bağladı. Nəhayət, iki ilə yaxın müddətdən sonra teatrlar öz fəaliyyətini davam etdirməyə başladı.

Bəs görəsən, teatrlar tamaşaçılara səhnədə hansı yenilikləri vəd edirlər?

Quruluşçu rejissor Nicat Kazımov hazırda yeni tamaşalar üzərində məşqlərə başlanıldığını bildirib:

“Hazırda Gənc Tamaşaçılar Teatrındayam və məşqlərimiz davam edir. Pandemiya dövründə aktyorlarla tamaşaların onlayn məşqlərini, “çitka”larını etmişdik. İndi artıq ayağa qalxıb quruluşa başlayırıq. Hazırda Çexovun “Qağayı” əsəri üzərində işləyirik. Təkcə mənim yox, başqa rejissorların da yeni işləri var, məşqlər gedir. İnşallah, tezliklə tamaşaçıların qarşısına çıxacağıq. Bizim teatrda 2-3 yeni tamaşa üzərində iş gedir”.

N.Kazımov iki ildən sonra səhnəyə qayıdan aktyorların bir müddət adaptasiya dövrü keçəcəyini qeyd edib:

“Ümid edirəm ki, aktyorların adaptasiya dövrü uzun çəkməyəcək. Hazırda həm köhnə tamaşaların, həm yenilərin üzərində məşq prosesi gedir. Düşünürəm ki, 1-2 aya özümüzə gələcəyik”.

Qeyd edək ki, oktyabrın 1-dən ümumi tutumunun 50 faizdən çox olmamaq şərti ilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti bərpa edilib.

Mənbə: yenisabah.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri