Okt
2021
17:44
439
50
11481
Virtual karabakh

Brilliant Dadaşovanın bacısı oğlu həbs edildi

6 Okt, 2021
17:44
11481

Brilliant Dadaşovanın bacısı oğlu həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Zaur Mahmudov beş il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Zaur Mahmudov Xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. L.Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri