Okt
2021
11:06
442
13
3422
Virtual karabakh

Tanınmış diktor: “Müğənniləri başlı-başına buraxıblar” - FOTO

7 Okt, 2021
11:06
3422

Tanınmış diktor: “Müğənniləri başlı-başına buraxıblar” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səhhətim bu aralar heç də yaxşı deyil. Təzyiqim ya qalxır, ya da düşür, heç bir dərman kömək etmir. Payız ayıdır da, böyrəklərim ağrıyır yenə də. Məndə böyrək çatışmazlığı cavan yaşlarımdan var idi”.

Bunu Xalq artisti, tanınmış diktor Ofeliya Sənani səhhəti haqda danışarkən deyib. Tanınmış diktor daha sonra illərdir ürəyində saxladığı ağrı-acıları bölüşüb.

“Qızım bətnimdə olanda 19 yaşın idim. Yoxlanışdan keçəndən sonra məlum oldu ki, böyrəyimin vəziyyəti heç də yaxşı deyil. Həkim dedi ki, uşağı tələf et, onu dünyaya gətirsən, öləcəksən. Həyat yoldaşım Valid də israr edirdi ki, mənə sən lazımsan, uşaq yox. Dedim ki, yox, ölsəm də, o uşağı dünyaya gətirəcəyəm, məndən sənə yadigar qalsın heç olmasa. Çətinliklə, həkimlərin köməyi ilə övladımı dünyaya gətirdim. Ayılanda gördüm ki, həkimlərin hər biri yerə oturub ağlayırlar. Sonradan bilmişəm ki, sən demə, 15 dəqiqə ürəyim dayanıb. Həkim dedi ki, sənin və övladının sağ qalması möcüzədir. İnanın Allaha, o müddətdə mən o biri dünyanı görüb gəldim. Hətta məni sorğu-sual da edirdilər. Allaha qurban olum, almadı canımı, bu günlər üçün yaşatdı məni”, - deyə diktor bildirib.

Ofeliya Sənani müasir aparıcılardan da danışıb.

“Dövlət televiziyasında bəzi qayda-qanunlara riayət olunur. Aparıcıların geyimləri, özlərini aparmaqları, “haha-hihi” etməməkləri hələ də qalıb. Digər kanalların heç birində səviyyəli verilişlər görmürəm. Müğənniləri də başlı-başına buraxıblar. Çöldə yağış, qar, amma müğənni efirə yay geyimində, açıq-saçıq geyimdə gəlir. Bizim vaxtımızda həmin müğənniləri geri qaytarardılar, efirə qoymazdılar. Adətən valideynlərinə hörmət etməyənlər belə geyinir, küçədə belə gəzirlər. Mən o vaxt heç bir sənətçini qısaqol geyimdə görməmişəm, hətta yayda belə olsun. İndi nəinki müğənni, efirə çıxan aparıcı da elə bil ki, podiuma çıxıb, savadını yox, geyimini nümayiş etdirir. Nə olar ki, 90 faiz geyimə fikir verəndə 10 faiz də tamaşaçıları maarifləndirməyi düşünsünlər də. Düzdü, biz müharibədən yeni çıxmışıq, verilişlərin keyfiyyətinə o qədər də varmırıq, daha çox şəhid və qazilərin problemləri ilə maraqlanırıq. Bu, bizim ən öndə duran vəzifəmizdir. Amma bununla belə efiri yaddan çıxartmaq olmaz”, - deyə diktor bildirib.

Ofeliya Sənani bir zamanlar ailəli olan məşhur diktorlar Roza Tağıyeva və Rafiq Hüseynovun dostluq münasibətlərindən də danışıb.

“Biz, bütün diktorlar kollektivdə çox mehriban olmuşuq. Rafiqlə Roza ayrılandan sonra da bir-biri ilə dostluq münasibətlərini qoruyub saxlamışdılar. Rafiqin elə yuxa kimi ürəyi var idi ki... Yalnız hamıya yaxşılıq etməyi düşünürdü. Biz onların arasında heç bir mübahisə, bir-birlərinə səslərini yüksəltməyi görmədik. Çünki ikisi də mədəni insan idi. Heç vaxt ailə problemlərini otaqda müzakirə etməyiblər. Kimin nə ixtiyarı var idi ki, onların ailə işlərinə qarışsın? Ancaq onu bilirdik ki, aralarında nəsə olub və ayrılıblar. Biz onların yalnız dostluqlarına şahid etmişik. Ümumiyyətlə o vaxt televiziyalarda intriqalar, qalmaqallar yox idi. Amma indi görürsən ki, aparıcı efirə çıxır, hansısa həmkarına söz atır. Mən onlara bir ana kimi deyirəm ki, heç vaxt kiminləsə mübahisə etməsinlər, bir masanın ətrafında oturublarsa, demək ki, bir ailədirlər. Biz vallah belə görmüşük”, - deyə diktor bildirib.

Mənbə: Moderator.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri