10 
Okt
2021
06:30
15
193
5281
Virtual karabakh

Filmdəki qorxunc səhnələr tamaşaçıları xəstəxanalıq etdi - FOTO/VİDEO

Türkiyənin Antalya şəhərində keçirilən “Altın portakal” Film Festitvalı böyük qalmaqalla yadda qalıb.

Belə ki, tədbirdə nümayiş olunan Odri Divanın  “Lévénement” (“Abort”) filmində bəzi səhnələr tamaşaçıların halının pisləşməsi ilə nəticələnib, onlar təcili şəkildə xəstəxanaya yerləşdiriliblər.

Bu barədə “Haber Global” xəbər verib.

Məlumata görə, halı pisləşənlərin ilk ikisi elə filmin ilk dəqiqələrində özündən gedib. Sonra daha bir neçə nəfər huşunu itirib.

Nəticədə bir saat sonra filmin nümayişi dayandırılıb. Halı pisləşənlər xəstəxanaya göndərildikdən sonra yenidən başladılıb. Ancaq bir müddət sonra yenə huşunu itirənlər olduğu üçün film təzədən dayandırılıb.

Bəziləri isə filmdəki ağır səhnələrə görə tədbiri yarımçıq tərk etiblər. Nəhayət üçüncü cəhddən sonra filmin nümayişi başa çatıb.

Qeyd edək ki, Venesiyada “Qızıl Aslan” mükafatına layiq görülən filmin həmin şəhərdə də nümayişində halı pisləşənlər olmuşdu.

Filmdə 60-cı illərdə istəmədiyi hamiləliyi dayandırmaq istəyən Annenin mübarizəsindən bəhs edir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri