13 
Okt
2021
04:00
20
110
5541
Virtual karabakh

Hollivud ulduzu görünüşündəki dəyişikliklərlə hər kəsi şoka saldı - FOTO/VİDEO

13 Okt, 2021
04:00
5541

Hollivud ulduzu görünüşündəki dəyişikliklərlə hər kəsi şoka saldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud aktyoru Tom Kruz xarici görünüşündəki dəyişikliklərdə pərəstişkarlarını təəccübləndirib.

Belə ki, oğlu Konorla birlikdə San-Fransiskoda Orakl-Park Stadionunda beysbol oyununda iştirak edən aktyorun üzü şimiş vəziyyətdə olub. Jurnalistlərin fikrincə Hollivud ulduzu ya kökəlib, ya da gözəllik inyeksiyası vurdurub.

Ulduzun görünüşü pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb. Onlardan bəziləri aktyorun “Mission: Impossible” filminin yeddinci hissəsinin çəkilişindən sonra özünə istirahət verdiyini düşünsə də, digərləri onun kosmetik prosedur həyata keçirdiyi barədə fikirlərini bölüşərək, filerlərlə ehtiyatlı olmağa çağırıb.

Qeyd edəlk ki, matçı diqqətlə izləyən aktyor oyunun ortasında böyük video displeydə üzü göstəriləndə gülümsəyərək izləyiciləri salamlayıb.

 

Mənbə: “RİA Novosti”

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri