19 
Okt
2021
14:56
258
17
3511
Virtual karabakh

Kukla Teatrının direktoru mənimsəməyə görə işdən çıxarıldı

19 Okt, 2021
14:56
3511

Kukla Teatrının direktoru mənimsəməyə görə işdən çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Mədəniyyət Nazirliyindən faktı təsdiqləyiblər.

Bildirilib ki, N.Mahmudovun fəaliyyəti barədə nazirlik tərəfindən müvafiq araşdırma aparılıb və barəsində tədbir görülüb:

“Öz vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudovun əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən xitam verilib”.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri