22 
Okt
2021
12:56
216
31
2172
Virtual karabakh

Azərbaycanlı gənc beynəlxalq festivalın Qran-prisini qazanıb - FOTO

22 Okt, 2021
12:56
2172

Azərbaycanlı gənc beynəlxalq festivalın Qran-prisini qazanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı gənc ifaçı, model Kamilla Məmmədzadə Türkiyədə keçirilən “Golden Star Kids International” beynəlxalq müsabiqəsinin qalibi olmaqla yanaşı, layihənin Qran-prisini də qazanıb. 

Oxu.Az xəbər verir ki, layihənin əsas məqsədi moda sənayesi sahəsində gənc nəslin potensialını üzə çıxararaq inkişaf etdirmək, ən yaxşı modellərin beynəlxalq arenada iştirakını təmin etməkdir. 

Müsabiqədə 60 ölkədən, o cümlədən Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Polşa, Kuba, Tailand və digər ölkələrdən 4 yaşdan 18 yaşa qədər 70-ə yaxın iştirakçı qatılıb. 

Layihə bir neçə mərhələdən ibarət idi: milli geyimin təqdimatı, yaradıcılığın müxtəlif sahələrində bacarıqların nümayişi və iştirakçıların bal kostyumları ilə çıxdıqları final hissəsi.

Layihə çərçivəsində Kamilla milli geyimini nümayiş etdirib və “Xarı Bülbül” adlı Azərbaycan mahnısını ingilis dilində geniş auditoriya qarşısında ifa edib. Münsiflər heyəti azərbaycanlı iştirakçının çıxışını yüksək qiymətləndirərək ona ən yüksək balları verib. 11 yaşlı Kamilla Məmmədzadə yaxşı ifaya görə “Best Voice World 2021” nominasiyasına layiq görülüb.

Kamilla Məmmədzadə təkcə model deyil, həm də müğənni və dizaynerdir. O, 2020-ci ildə “Neva Fashion Week” layihəsi çərçivəsində Sankt-Peterburqda hazırladığı uşaq geyimlərini “Kamilla's Magic World” markası adı altında təqdim edib və “Ən yaxşı uşaq markası” nominasiyasını qazanıb. İstedadlı Kamilla Məmmədzadə həmçinin son illər əldə etdiyi uğurlara görə 2021-ci ildə “Reputation Inc” şirkətinin təşkilatçılığı ilə baş tutan beynəlxalq “Golden Palm Awards” qala gecəsində mükafata sahib çıxıb. 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri