23 
Okt
2021
13:08
98
32
4890
Virtual karabakh

Alek Bolduinin çəkiliş zamanı operatoru güllələməsi ilə bağlı TƏFƏRRÜAT

23 Okt, 2021
13:08
4890

Alek Bolduinin çəkiliş zamanı operatoru güllələməsi ilə bağlı TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alek Bolduinin çəkildiyi filmin rejissor köməkçisi operatorun öldüyü atışma hadisəsindən bir neçə dəqiqə əvvəl aktyora tapançanın həqiqi güllə ilə dolu olmadığını bildirib.

Filmin rejissor köməkçisi tapançanı Bolduinə ötürərkən silahın boş güllələrlə dolu olduğunu bildirib. Bu barədə məhkəmə sənədlərində deyilir. Beləliklə, müstəntiqlər qeyd edirlər ki, nə rejissor köməkçisi, nə də Bolduinin özü silahda əsl güllənin olduğunu bilməyib.

Eyni zamanda, tapançanın çəkiliş üçün hazırlanmasını silah üzrə mütəxəssis həyata keçirib, onunla əlaqə saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, ABŞ-ın Nyu-Meksiko ştatında “Rust” (Pas) filminin çəkiliş meydançasında Hollivud ulduzu Alek Bolduinin açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins və 48 yaşlı rejissor Coel Sousa yaralanıb. Operatorun həyatını xilas etmək mümkün olmayıb. Sousa bir neçə saat sonra xəstəxanadan evə buraxılıb, çəkilişlər isə dayandırılıb.

Mənbə: “Associated Press”

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri