23 
Okt
2021
14:12
210
22
2045
Virtual karabakh

Professor Çingiz Abdullayevin kitabı Beynəlxalq Kitab Sərgisində - FOTO

23 Okt, 2021
14:12
2045

Professor Çingiz Abdullayevin kitabı Beynəlxalq Kitab Sərgisində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Frankfurt am Main” Beynəlxalq Kitab Sərgisində Alman-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə təkrar nəşr olunan “Nassimi ausgewählte Gedichte” (“Nəsiminin seçilmiş şeirləri”) və “Aschyg Alesker Gedichte” (Aşıq Ələsgər şeirləri”) kitabları ziyarətçilərin marağına səbəb olub.

Oxu.Az-ın məlumatına görə, sərgidə eyni zamanda professor Çingiz Abdullayevin müəllifi olduğu “Birlikdə - Zusammen: 30+30” kitabı da sərgilənir.

Kitab sərgidən sonra “Frankfurt am Main” Dövlət Kitabxanasına Cəmiyyət üzvləri tərəfindən təqdim olunacaq.

Sərgidə yazıçı Orxan Arasın “Azerbeidzjaanse Dichter Nizami” (“Azərbaycanlı şair Nizami”) kitabı isə şairin yubileyi münasibəti ilə təqdim olunub.

Kitabların sərgilənməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri