25 
Okt
2021
21:31
20
165
2561
yuxarı
“Dostlar”dan yeddincisi olan Qanter vəfat etdi - FOTO
25 Okt, 2021
21:31
2561
20
165
“Dostlar”dan yeddincisi olan Qanter vəfat etdi - FOTO
“Dostlar” (“Friends”) serialında Qanter rolunu oynayan amerikalı aktyor Ceyms Maykl Tayler ABŞ-da dünyasını dəyişib.
59 yaşlı məşhur Los-Ancelesdəki evində vəfat edib. Onun 2018-ci ildən bəri prostat xərçəngi ilə mübarizə apardığı bildirilir.
“O, dünyada məşhur “Dostlar” serialından Qanter (dostların yeddincisi) kimi tanınırdı, amma Mayklın yaxınları onu aktyor, musiqiçi, xərçəng xəstəliyi ilə mübarizə mövzusunda müdafiəçi və sevən ailə başçısı kimi tanıyırdı”, - deyə aktyorun ailəsi bildirib.
Tayler “Dostlar”ın 150-dən çox bölümündə rol alıb. “Dostlar” və “Dostlar: Yeni birləşmə” (Friends: The Reunion) sitkomunun yeni buraxılışından əlavə, aktyor “Klinika”, “Balaca Cadugər Sabrina” və bir neçə başqa məşhur seriallarda da oynayıb.
Mənbə: TMZ
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək