28 
Okt
2021
05:09
30
199
5506
Virtual karabakh

İtkin düşən aktrisanın oğlu ondan imtina etdi - FOTO

28 Okt, 2021
05:09
5506

İtkin düşən aktrisanın oğlu ondan imtina etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada bir neçə gün öncə itkin düşən, sonra isə çəkilişlərdə tapılan məşhur aktrisa Svetlana Svetliçnayanın oğlu Aleksey İvaşov anasından imtina edib.

“Bir həftə özü üçün gəzib; harada olub, bilinmir, kimlə olub, bilinmir. Dünən ad günüm idi, hətta onda da zəng etmədi”, - deyə oğlu şikayət edib.

İvaşov bildirib ki, bir gün əvvəl bütün gününü polis idarəsində keçirib, 81 yaşlı aktrisa tok-şou çəkilişlərində tapıldıqdan sonra isə anası ilə bütün əlaqələrini dayandırıb.

“Qoy o, istədiyi kimi yaşasın, Allah köməyi olsun. Bir daha onlara addımımı atmayacağam. Onun kaprizləri məni bezdirib”, - deyə İvaşov bildirib.

Xatırladaq ki, tamaşaçıların daha çox “Brilyant əl” filmindəki rolu ilə tanıdığı aktrisa itkin düşmüşdü. Bu barədə məşhurun qohumları polisə müraciət etmişdilər. Onun axtarışına iki qərargah, üç axtarış qrupu, iki informasiya koordinatoru və s. qoşulmuşdu.

Məlumata görə, könüllülərin böyük qismi bu işə cəlb olunduğu üçün Moskva ətrafında itkin düşmüş başqa bir şəxsin xilası gecikdirilib.

Aktrisa isə bir neçə gün sonra tok-şou çəkilişlərində tapılıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri