27 
Okt
2021
11:44
322
27
2006
Virtual karabakh

Bilal Ərdoğan: “Qarabağ Avropa-Asiya coğrafiyasında mühüm mədəni mərkəzdir”

27 Okt, 2021
11:44
2006

Bilal Ərdoğan: “Qarabağ Avropa-Asiya coğrafiyasında mühüm mədəni mərkəzdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad olunan ərazilərdə səfərdə olarkən son 30 il ərzində şəhərlərin, kəndlərin dağıdıldığının, məhv edildiyinin şahidi olmuşduq”.

Oxu.Az-ın məlumatına görə, bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində Dünya Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan deyib.

Onun sözlərinə görə, həmin ərazilərə heç bir diqqətin göstərilmədiyinin şahidi olublar:

“Hazırda Qarabağın necə bərpa edildiyini görürük. Bu ərazilərin bərpası dünya iqtisadiyyatı üçün yaxşı xəbərdir. Daha çox kənd təsərrüfatı, turizm təşviq və təbliğ ediləcək. Bu, Azərbaycan və bütün coğrafiya üçün önəmlidir”.

O qeyd edib ki, bu il dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur:

“Qarabağ Avropa-Asiya coğrafiyasında mühüm mədəni mərkəzdir. Fikrimcə, investorlar bu fürsətdən istifadə edib mədəniyyətə investisiya yatıracaqlar”.

İlhamə Əbülfət 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri