Noy
2021
08:30
121
42
1543
Virtual karabakh

Məşhur aktrisa: “Filmlərə böyük ekranda, hamı ilə birlikdə baxılmalıdır” - FOTO

2 Noy, 2021
08:30
1543

Məşhur aktrisa: “Filmlərə böyük ekranda, hamı ilə birlikdə baxılmalıdır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur britaniyalı aktrisa Tilda Suinton striminq xidmətlərinin kinonu məhv etməsi fikrinə münasibət bildirib. Ulduzun fikrincə kino daim inkişaf edir və onu öldürmək qeyri-mümkündür.

“Yaxşı bilirsiniz ki, karantin zamanı sizin və mənim kimi kinosevər olmayan insanlar belə kinoteatrlar üçün çox darıxırdılar. Heç kim geyim mağazaları üçün darıxdığından şikayət etmirdi, hamı kinoya getmək istəyirdi! İnsanların buna həqiqətən ehtiyacı var!” – deyə aktrisa vurğulayıb və “kino öldü” deyənlərlə razılaşmadığını deyib.

“Hazırda problem kinoteatrlardadır – ora getməyə qorxurlar. Ancaq Kanndakı filmləri sadəcə striminqə sığışdırmaq olmaz. Bu filmlər böyük ekranda, hamı ilə birlikdə baxılmalıdır… Birlikdə işlədiyim müəlliflər, o cümlədən Corc Miller (hansı ki, ilin əvvəlində yeni film çəkdik), Pedro Almoldovar və Pon Çjun-xo… Bu insanlar telefiziya üçün film çəkmirlər. Onlar kinoları kinoteatr üçün çəkirlər”, - deyə aktrisa sözlərini yekunlaşdırıb.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri