11 
Noy
2021
19:38
34
156
2489
Virtual karabakh

Hollivud ulduzu məşhur qrafiti ustasının əsərini məhv etdi - FOTO/VİDEO

11 Noy, 2021
19:38
2489

Hollivud ulduzu məşhur qrafiti ustasının əsərini məhv etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qanun pozucuları” (“The Outlaws”) serialının çəkilişləri zamanı amerikalı aktyor Kristofer Uolken dünyaca tanınmış britaniyalı anonim küçə rəssamı Benksinin qrafitisini məhv edib.

Məlumata görə, filmin çəkilişləri sirli rəssamın doğma şəhəri Bristolda aparılıb.

Altı epizoddan ibarət komediya-dram, pis davranışlarına görə ictimai iş görən bir qrup cinayətkardan bəhs edir. Son epizodda Uolkenin personajı Benksinin qrafitisini ağ boya ilə silir.

Məlumata görə, küçə rəssamı qrafitini xüsusi olaraq serialın çəkilişləri üçün çəkibmiş. Təsvirdə rəssamın kult personajı olan siçovul və boya qutuları təsvir olunub, onun başı üzərində isə Benksi yazılıb.

“Biz təsdiq edə bilərik ki, “Qanun pozucuları”nın sonundakı təsvir orijinal Benksi əsəridir və Kristofer Uolken bu səhnənin çəkilişi zamanı əsəri rəngləyərək onu məhv edib”, - deyə serialın nümayəndəsi bildirib.

Qeyd olunur ki, ssenari üçün bu ideya şounun yaradıcılarından gəlib. Onlar anonim rəssamın həqiqətən də cavab verəcəyinə ümid etmədən məşhurla əlaqə saxlayıblar. Məlum olub ki, Benksi 78 yaşlı Hollivud aktyorunun pərəstişkarıdır. Anonim rəssam təkliflə razılaşıb, onun yeganə şərti aktyorların qrafitini həqiqətən rəngləmələri və rolleri Kristoferin tutması olub.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri