18 
Noy
2021
03:33
28
177
3027
Virtual karabakh

Frida Kalonun avtoportreti üçün rekord məbləğ ödəndi: 34,9 milyon dollar - FOTO

18 Noy, 2021
03:33
3027

Frida Kalonun avtoportreti üçün rekord məbləğ ödəndi: 34,9 milyon dollar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nyu-Yorkdakı “Sotheby's” hərracında Frida Kalonun 1949-cu ildə çəkdiyi “Dieqo və mən” avtoportreti 34,9 milyon dollara (59,3 milyon manat) satılıb. Bu Latın Amerikası rəssamlarının əsərləri üçün rekord məbləğdir.

Avtoportretdə rəssam tamaşaçıya yaş dolu gözlərlə baxır. Onun alnında əri - rəssam Dieqo Riveranın portreti var; onun da öz növbəsində alnında üçüncü gözü var.

Əsər 1990-cı ildə “Sotheby's” auksionunda onu 1,4 milyon dollara alan Nyu Yorklu kolleksiyaçının varisi tərəfindən satılıb. Bundan əvvəl isə əsər məşhur rəssam cütlüyü ilə dost olan çikaqolu yazıçı Florens Arkına məxsus olub.

Avtopartret Buenos-Ayresdə Latın Amerikası İncəsənət Muzeyi “Malba”nın yaradıcısı Eduardo Konstantini tərəfindən alınıb.

İndiyədək Kalonun əsərlərinin hərracda rekord qiyməti 1939-cu ildə çəkilmiş “Meşədə iki çılpaq qadın” tablosu üçün olub. Əsər  2016-cı ildə “Christie's” hərracında  8 milyon dollara (13,6 milyon manata) satılıb.

Latın Amerikası sənətçiləri arasında əvvəlki rekord isə 2018-ci ildə Dieqo Riveranın “Rəqiblər” əsərinə məxsusdur (9,76 milyon dollar /16,6 milyon manat).

Mənbə: BBC News

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri