18 
Noy
2021
21:03
108
43
2820
Virtual karabakh

“Pas” filmi ilə bağlı Bolduinə qarşı daha bir iddia: Həmin gün atəş səhnəsi yox idi - FOTO

18 Noy, 2021
21:03
2820

“Pas” filmi ilə bağlı Bolduinə qarşı daha bir iddia: Həmin gün atəş səhnəsi yox idi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çəkiliş meydançasında qan tökülən “Pas” (“Rust”) filmi ilə bağlı daha bir həqiqət ortaya çıxıb.

Belə ki, məlum olub ki, faciə yaşanan gün əslində silahdan atəş açılma səhnəsi ilə bağlı epizod olmamalı idi. Bu barədə filmin rejissoru Memi Mitçel iddia edib və baş verənlərlə əlaqədar baş rol ifaçısı Alek Bolduinə, həmçinin prodüsserinə və silah texnikinə qarşı məhkəməyə iddia ilə müraciət edib.

Onun sözlərinə görə, həmin gün kameralar aktyorun çiynindəki qanlı ləkəni və o, revolveri çıxarmaq üçün qoburaya əlini uzadarkən olan epizodu çəkməli idi.

“Ssenaridə Bolduinin və ya başqa birinin silahla atəş açması barədə heç bir şey deyilmir”, - deyə Mitçel vurğulayıb.

Təqsirləndirilən şəxslər hələlik heç bir açıqlama verməyiblər.

Xatırladaq ki, oktyabrın 21-də Nyu-Meksikoda “Rust” qərb filminin çəkilişləri zamanı aktyor Alek Bolduin güllə ilə dolu tapançadan atəş açmışdı. Nəticədə 48 yaşlı rejissor Coel Souza və 42 yaşlı kinooperator Qalina Hatçins yaralanmışdı. Souza bir neçə saat sonra xəstəxanadan buraxılsa da, Hatçinsin həyatını xilas etmək mümkün olmadı.

“Pas” filminin çəkiliş meydançasında baş verən atışma ilə bağlı araşdırmalar davam edir. Hələlik heç bir ittiham irəli sürülməyib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri