19 
Noy
2021
22:34
39
163
2264
Virtual karabakh

Adel boşanmaya həsr etdiyi yeni mahnısını təqdim etdi - VİDEO

19 Noy, 2021
22:34
2264

Adel boşanmaya həsr etdiyi yeni mahnısını təqdim etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı müğənni Adel “30” albomuna daxil ediləcək yeni “To Be Loved” mahnısını təqdim edib.

Hələlik ulduzun treki yalnız onun sosial şəbəkələrindədir. Orada o, tamamilə evdə çəkilmiş bir video yayımlayıb. Videoda Adel divanda oturub emosional olaraq “To Be Loved” mahnısını oxuyur.

Mahnıda Adele ondan bəhs edir ki, sevmək və sevilmək üçün nəyisə qurban vermək, əziz bir şeydən imtina etmək lazımdır. O, həmçinin heç nədən peşman olmadığını iddia edir və cəhd etdiyini ( ehtimal ki, Simon Konecki ilə evliliyi saxlamağı nəzərdə tutur) deyir.

“Twitter”də “To Be Loved” treki bir neçə saat ərzində üç milyondan çox baxış və təxminən üç yüz min bəyənilib.

Bundan əvvəl, Opra Uinfri ilə müsahibədə Adel etiraf etmişdi ki, yeni albomu Konneki ilə çətin boşanmaya həsr olunub (cütlük bu ilin martında münasibətləri rəsmi şəkildə bitirib).

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri