23 
Noy
2021
00:06
18
224
5120
Virtual karabakh

Tanınmış gənc aktyor vəfat edib - FOTO

23 Noy, 2021
00:06
5120

Tanınmış gənc aktyor vəfat edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Scouts Guide to the Zombie Apocalypse” (“Skautlar Zombilərə qarşı”) filmində rol alan aktyor Coi Morqan 28 yaşında dünyasını dəyişib.

Bu barədə rejissor Kristofer Lendon “Twitter”də xəbər verib.

“O, sakit, məzəli, ağıllı, düşüncəli idi. Onun ölüm xəbəri ürəkləri parçalayır. Onu tanımaq mənim üçün şərəf idi”, - deyə rejissor yazıb.

Aktyorun sözçüsü onun ölüm xəbərini təsdiqləyib.

“Lütfən, bizim şəxsi həyatın toxunulmazlığı hüququmuza hörmət edin ki, əziz bir insan üçün yas tuta bilək”, - deyə yaxınları xahiş edib.

Coi Morqanın ölümünə tam olaraq nəyin səbəb olduğu bilinmir.

 “Scouts Guide to the Zombie Apocalypse” Morqan üçün kinoda debüt olub. Bundan sonra o, “Compadres”, “Flower”, “Max Reload and the Nether Blasters” kimi filmlərində oynayıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri