23 
Noy
2021
11:44
103
18
940
Virtual karabakh

Sabah Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu işinə başlayır - FOTO

23 Noy, 2021
11:44
940

Sabah Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu işinə başlayır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) öz işinə başlayır.  

Oxu.Az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Foruma həsr olunan brifinqdə məlumat verib.

Forumun mövzusu “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” adlanır və şairin anadan olmasının 880 illiyinə həsr edilib. 

24-26 noyabr tarixlərini əhatə edəcək NGBF dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, ”Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır.

Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Üç gün davam edəcək Forumda Türkiyə və Özbəkistanın mədəniyyət nazirləri də iştirak edəcək.

Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili planlaşdırılır.

Elnur Əliyevin bildirdiyinə görə, məqsəd həm şair, həm də dahi Azərbaycan mütəfəkkiri olmuş Nizami Gəncəvinin əhatə dairəsini göstərməkdir.

Forumda müxtəlif ölkələrdən iştirak edəcək nümayəndələr Nizami Gəncəvinin ideyalarının onların coğrafiyasına, ölkədəki idarəçilik formasına və təbii ki, ədəbi janrlara təsirlərindən danışacaqlar.

Nigar Məmmədova
FOTO: Rəşad Mehdiyev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri