23 
Noy
2021
12:02
34
90
2160
Virtual karabakh

Nazir müavini Nizami Gəncəvinin fars əsilli şair olması ilə əlaqədar iddialara münasibət bildirib - VİDEO

23 Noy, 2021
12:02
2160

Nazir müavini Nizami Gəncəvinin fars əsilli şair olması ilə əlaqədar iddialara münasibət bildirib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın zəngin mədəniyyəti var və bu kənardan çox cəlbedici görünür”.

Oxu.Az xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Forumuna həsr olunan brifinqdə deyib.

O, Nizami Gəncəvinin fars əsilli şair olması ilə əlaqədar səslənən iddialarla bağlı fikir bildirib:

“Bildiyiniz kimi Nizami Gəncəvi öz əsərlərini fars dilində qələmə alıb. Həmin dövrdə hər hansı bir şair iddialı bir əsər yazırdısa təbii ki, onu fars dilində qələmə alırdı. Yəni, müfaviq dövr üçün beynəlxalq dil - fars dili hesab olunurdu.

Bu gün isə beynəlxalq danışıq dili - ingilis dilidir. Əgər, hər hansı bir yazıçı fikirlərinin beynəlxalq səviyyədə iddialı olacağına inanırsa o öz əsərlərini ingilis dilində qələmə alır”.

Elnur Əliyev əlavə edib ki, Nizami Gəncəvinin Azərbaycan şairi olmasının sübutlarından biri əsərlərində türk kimliyi, türk idarəçilik üslubunu önə çəkməsidir:

“Nizami Gəncəvinin qələmə aldığı fikirlərdə hiss olunur ki, o türk kimliyi, türk idarəçilik üslubuna tam üstünlük verir”.

O qeyd edib ki, bu iddiaların qarşısında dura biləcək ən əsas amillərdən biri də Nizami irsinə və dəyərlərinə məhz Azərbaycanın sahib çıxmasıdır.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri